Ədalət müəllim: Azərbaycanın müstəqil siyasətinin real mənzərəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
10-10-2023, 10:25
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Kaspian Karqo” şirkətinin rəhbəri Ədalət müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Kaspian Karqo” şirkətinin rəhbəri Ədalət müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Ədalət müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
“Kaspian Karqo” şirkətinin rəhbəri Ədalət müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ədalət müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ədalət müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Kaspian Karqo” şirkətinin rəhbəri Ədalət müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Kaspian Karqo” şirkətinin rəhbəri Ədalət müəllim - Müstəqil Azərbaycan bu gün zamanın gündəmə gətirdiyi vacib məsələləri əhatə edən beynəlxalq tədbirlərin, festivalların qlobal forumların, konfransların, idman yarışlarının keçirildiyi unikal məkana çevrilib. Bu dəfə Azərbaycan 1973-cü ildən sonra ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi və bütün kosmos icmasını zəngin mədəniyyətinə layiq yüksək səviyyədə qəbul etdi.
Astronavtika sahəsi üzrə müxtəlif ölkələrdən çoxsaylı nüfuzlu mütəxəssislərin, alimlərin, bir çox dövlətlərin müvafiq qurumlarının nümayəndə heyətlərinin diqqəti Bakıya yönəldi. Beynəlxalq kosmik ailənin fəal üzvünə çevrilən Azərbaycanın yaratdığı əlverişli şəraitdə 100-dən artıq ölkədən gəlmiş 5 mindən çox nümayəndənin ideyalarını, biliklərini bölüşməsi tarixi məqam oldu.
Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində qeyd etdi ki, belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Bu gün burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır.
Ölkəmizin iqtisadiyyatında neft sektorundan sonra informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib. Müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində xeyli uğur əldə edildiyi bir vaxtda informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkəmizin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılaraq informasiya təhlükəsizliyinin vacib komponenti olan kommunukasiya peykləri orbitə buraxılıb. Sevindirici haldır ki, peyk şəbəkəmiz ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş uğurlar öz növbəsində ölkəmizin etibarlı tərəfdaş imicinə müsbət təsir edib. Eyni zamanda, mötəbər tədbir ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan olacaq.
Beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil. Əlbəttə ki, bunun təməlində Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı mövqeyi, artan nüfuzu, dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq dayanır.
Dövlət başçımız İlham Əliyev tədbir iştirakçılarının diqqətinə Azərbaycanın bu günkü mənzərəsini çatdırıb: "Qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir səfər edir, mən sizə bəzi rəqəmlərlə bağlı məlumat vermək istərdim. Hesab edirəm ki, həmin rəqəmlər Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirir. Beləliklə, son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır".
Müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlığa, qarşılıqlı əməkdaşlığa, regionda sabitliyə xidmət edən Azərbaycada həyata keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi üç gün ərzində 100-dən artıq ölkədən gəlmiş 5 mindən çox nümayəndəni bir araya gərirdi, kosmik icmanın ekspertlərinə, liderlərinə beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq üçün imkanlar yaratdı. Azərbaycanın paytaxtı Bakı kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyalar sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarının müzakirə edildiyi məkana çevrildi. Bu da bir daha təsdiq edir ki, müstəqil siyasət yürüdən Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir.