• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Novruzun sonuncu - İlaxır çərşənbəsidir

Gündəm / Cəmiyyət

17-03-2026, 12:34

Bu gün Novruzun sonuncu - İlaxır çərşənbəsidir İlaxır çərşənbə Boz ayın dördüncü və sonuncu çərşənbəsidir. Bu çərşənbə (Torpaq çərşənbəsi) Novruzun sonuncu və ən mühüm müjdəçisidir, torpağın oyanışı, bərəkət və canlanma rəmzidir.

İlaxır çərşənbə bəzi bölgələrdə Yel çərşənbəsi, bəzilərində isə Torpaq çərşənbəsi kimi qeyd edilir. Bu gün az qala Novruz bayramı qədər təntənəli şəkildə keçirilir. Hətta bəzi bölgələrdə İlaxır çərşənbə bayramdan daha böyük coşqu ilə qeyd olunur.

Mövzu ilə bağlı folklorşünas Aynur Qəzənfərqızı bildirib ki, bu çərşənbədə xalq tonqal qalayır və ötən ilin qada-bəlasını tonqalın üzərindən tullanaraq “yandırdığına” inanır.

Folklorşünasın sözlərinə görə, İlaxır çərşənbənin adətlərindən biri də lopa yandırmaqdır:

"Bu ənənə bu gün demək olar ki, unudulsa da, qədim adətlərdən hesab edilir. Tonqal bir il ərzində baş verən qada-bəlanın yandırılmasını, lopa isə həftənin yeddi gününü simvollaşdırır".

Aynur Qəzənfərqızı bayram süfrələrinin bəzədilməsindən də danışıb:

"İlaxır çərşənbə süfrəsində mütləq səməni olmalı və müxtəlif şirniyyatlar düzülməlidir. Qərb bölgələrində bu gün üçün xüsusi olaraq qatlama adlı şirniyyat hazırlanır. Şərq bölgələrində isə şəkərbura, paxlava və qoğal bişirilir. Bu şirniyyatlar artıq Azərbaycanın bütün bölgələrində yayılıb.

Bayram süfrəsində plov da mütləq olmalıdır. Bundan əlavə, süfrəyə quru meyvələr qoyulur. Quru meyvələr ruzi-bərəkət və bolluğun rəmzi sayılır".

İlaxır çərşənbənin özünəxas ritualları da var. Folklorşünas onların bəzilərini sadalayıb:

"İlaxır çərşənbə günü səhər erkəndən və axşamüstü evlərə təmiz su çilənməsi adəti var. Şər qarışanda evdəki dolabların və fırınların qapısı açılır və təxminən 15–20 dəqiqə açıq saxlanılır.
Bu gün insanların təmiz və yeni geyimlər geyinməsi, xoş sözlər danışması tövsiyə edilir. Çünki İlaxır çərşənbə axşamı xalq arasında qapıpusma adəti həyata keçirilir.

Qapıpusma adəti

Qapıpusma zamanı uşaqlar və gənclər qapılara papaq atırlar. Atılan papaqları boş qaytarmaq olmaz. İmkan daxilində papağa şirniyyat və ya başqa pay qoyulmalıdır. Papağı doldurub geri qaytarmaq bolluq və bərəkət gətirdiyinə inanılır.

İnanclara görə, bu gecə evdə hansı sözlər danışılırsa, ilin qalan hissəsi də həmin abu-havada keçir. Qapıpusma adətinin mahiyyəti də məhz bu düşüncə ilə bağlıdır".

Cərşənbənin ən vacib elementi - Vəsfi-hal falı

"Bəzi bölgələrdə İlaxır çərşənbə axşamı vəsfi-hal mərasimi keçirilir. Bu, bir növ fal ənənəsidir. Bir kasaya su doldurulur və qadınlar öz zinət əşyalarını suya ataraq dilək tuturlar. Daha sonra bir bayatı söylənilir və bayatını deyən qadın kasadan bir zinət əşyası çıxarır.

Kasadan çıxan əşya kimə məxsusdursa, həmin bayatı o qadının qarşıdakı bir ildə yaşayacaqlarını simvolizə etdiyi kimi yozulur".

Digər bayram adətləri:

"İlaxır çərşənbədə yumurta döyüşdürmək də geniş yayılmış adətlərdən biridir. Bundan əlavə, subay qızlar müxtəlif fal növlərinə – üzük falı və duzlu kökə falına baxırlar.

Unudulmuş adətlərdən biri də qurşaq sallamaqdır. Bu adət sonralar papaqatma ilə eyni məna kəsb etməyə başlayıb".

Aynur Qəzənfərqızı İlaxır çərşənbədə təbiətdə baş verən dəyişikliklərə də diqqət çəkib: "İlaxır çərşənbə həm də təbiətdə dəyişikliklərin hiss olunduğu bir dövrə təsadüf edir. Bu günlərdə havanın tez-tez sərt və küləkli olması müşahidə olunur ki, bu da yazın gəlişinin əlamətlərindən sayılır".

Barış və birlik ənənəsi

"İlaxır çərşənbədə küsülü insanların barışması vacib hesab olunur. Qədim Şumer mətnlərində də yeni il bayramı zamanı insanların barışdığı, birlikdə şənlik etdiyi qeyd olunur. İnsan tək qaldıqca depressiyaya meylli olur, çünki insana insan lazımdır. Buna görə də bayram günlərini birlikdə, şənlik və sevinc içində qeyd etmək böyük əhəmiyyət daşıyır".

Çərşənbəniz mübarək!

Oxunub: 10080
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

19-03-2024, 09:40

Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

---

19-03-2024, 11:06

Novruz birlik təcəssümüdür

Cəmiyyət

19-03-2025, 17:37

Novruz bayram münasibətilə tədbir keçirilib

Cəmiyyət

19-03-2024, 12:53

Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT

Cəmiyyət

20-03-2024, 10:23

Azərbaycanda Novruz bayramı qeyd edilir

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
Son xəbərlər
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə