SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu tərəfindən infosessiya keçirilib.
İnstitutdan bildirilib ki, tədbirdə qurumun Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov, Doktorantura və gənc mütəxəssislərlə iş sektorunun müdiri Günay Dünyamalıyeva, eləcə də “Hakaton Azərbaycan” şirkətinin nümayəndəsi, BANM-in məzunu Vüqar Əliyev iştirak ediblər.
Hidroloji və meliorasiya sahəsindəki son yeniliklər, elmi araşdırmalar və gənc mütəxəssislərin inkişafı mövzusunda müzakirələr aparılıb.