Gədəbəy rayon Nizami Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbinin direktoru Azər müəllim - Artıq dörd ildir bayramlarımızı, əlamətdar tarixi gunləri Zəfər ovqatında qeyd edirik. Novruz tonqalları Qarabağımızda və Şərqi Zəngəzurumuzda alovlandırılır. Azərbaycanın döyünən ürəyi, mədəniyyət beşiyi olan Şuşamızda Novruz bayramı qeyd edilir. Bu il daha da sevincliyik. Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Bu il Xankəndidə, Xocalıda, Xocavənddə Novruz tonqallarının alovlandırılması hər birimizi qürurlandırır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gədəbəy rayon Nizami Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbinin direktoru Azər müəllimdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Gədəbəy rayon Nizami Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbinin direktoru Azər müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Azər müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Gədəbəy rayon Nizami Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbinin direktoru Azər müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Azər müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Azər müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gədəbəy rayon Nizami Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbinin direktoru Azər müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.