zamanlabirge.az
zamanlabirge.az

Qazaxın mərkəzi bazarında yanğın olub, iki mağaza yanıb

1-03-2022, 10:55

Qazaxın mərkəzi bazarında yanğın olub, iki mağaza yanıb Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərinin Mərkəzi bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal yanğın yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının geyim mağazalarında baş verdiyi və obyektlərin bir-birinə bitişik olması səbəbindən digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın geniş əraziyə yayılmasına imkan verilməyərək qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Mərkəzi bazar ərazisində sahələri müvafiq olaraq 72 kv.m və 20 kv.m. olan iki geyim mağazası yanıb. Bazarın böyük hissəsi, o cümlədən bitişik mağazalar yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA