• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gələcəyimizə Səs Verdik

---

26-03-2024, 11:06

Gələcəyimizə Səs Verdik


Ağstafa rayon Köçəsgər kənd icra nümayəndəsi Şükran Hacıyev - 7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Qədirbilən xalqımız öz vicdan və vətəndaşlıq borcunu yerinə yetirmək üçün böyük sevinc hissi ilə seçki məntəqələrinə axışdı. Qalib Xalqımız Qalib Liderini yenidən öz rəhbəri seçdi. 3 il əvvəl Vətən müharibəsi dövründə dünyaya nümayiş etdirilən milli həmrəylik və birlik 7 fevral tarixində də respublikamızın bütün ərazisində yaradılmış seçki məntəqələrində bir daha təkrarlandı. Seçici aktivliyinin yüksək olmasını hətta seçkiləri izləmək üçün ölkəmizə akreditə olunmuş beynəlxalq müşahidəçilər də etiraf etdilər: tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. Seçkilərin bu cür uğurlu alınması Xalq-Lider birliyinin, Xalqın Liderinə sevgisinin və sədaqətinin təsdiqi, həm də gələcəyinə inam və əminlik mesajı idi.

Seçkidən əvvəl xüsusilə Avropada ölkəmizə qarşı qarayaxma kampaniyası aparan ermənipərəst avroparlamentarilərə cənab Prezident məhz Xankəndidə səs verməklə tutarlı cavab verdi. Bu gün lidersizlik problem yaşayan Avropa rəsmiləri də xalqımızın bu coşqusu qarşısında aciz qaldılar. Bu gün dünyanın əksər ölkələrindən Qalib Prezidentə təbriklər gəlir, xoş sözlər səslənir.

Bu seçkilər həm də dövlət başçımızın 20 illik prezidentliyi dövrünün yekunu, yeni dövrün başlanğıcı üçün xüsusi önəm daşıyırdı. Prezident İlham Əliyev 20 illik siyasi fəaliyyəti dövründə xalqımızı adım-addım böyük Qələbəyə doğru gətirdi. Düşünülmüş iqtisadi siyasət, beynəlxalq qurumlar və aparıcı siyasi aktorlarla qurulmuş praqmatik və səmərəli əlaqələr nəticəsində Azərbaycan dünya siyasət meydanında öz sözünü deyə bilən ölkəyə çevrildi. Prezident İlham Əliyev ölkəmizə regionun lideri, etibarlı tərəfdaş, tranzit və tolerant ölkə imici qazandırdı.

“İqtisadi olaraq müstəqil olmayan dövlət siyasi olaraq müstəqil ola bilməz” prizmasından hərəkət edən dövlət başçısı xüsusilə enerji layihələrindən əldə olunan gəlirləri hərbi-strateji hədəflərə, əhalinin sosial-rifah halının yüksəltməsinə yönəltdi. Bütün bunlar Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə geniş imkanlar yaratdı.

Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət onu dünya siyasətində əhəmiyyətli aktora çevirib. Qoşulmama Hərəkatına iki dövr üzrə uğurlu sədrlik və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz beynəlxalq müstəvidə mövqelərimizi daha da möhkəmləndirdi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dair qəbul edilmiş qərar isə Azərbaycana növbəti etimadın bariz göstəricisidir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığımız bütün bu nailiyyətlər Azərbaycanın öz inkişafının zirvəsində olduğunu bir daha təsdiq edir.

Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanımızın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi altında Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyata verməklə məşğuldur.

Seçkidən öncə Azərbaycan mediasına verdiyi müsahibəsində seçkilərin növbədənkənar keçirilməsini çox aydın şəkildə şərh edən cənab Prezident ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Azərbaycanın yeni dövrə qədəm qoyduğunu açıq şəkildə elan etdi. Yeni dövrün əsas hədəfi qalib ölkənin qalib vətəndaşı, onun sosial rifahının daha da yaxşılaşdırılması, dövlətimizin yeni dövrün çağırışlarına cavab verməsi, yenidən dizayn edilən dünyada mövqelərimizin daha da möhkəmləndirilməsi, regionda qalıcı və davamlı sülhün bərqərar edilməsi, əməkdaşlıq platformasının yaradılmasıdır.

Yeni dövrün yeni çağışları hər bir azərbaycanlının qarşısında yeni hədəflər və vəzifələr qoyur. Qüdrətli və güclü Azərbaycan quruculuğunda hər birimiz səfərbər olmalı, yeni dövrün yeni ideya və məramının müəyyənləşdirilməsi üçün ictimai-elmi müzakirələr aparmalı, cənab Prezidentin açdığı yolda yeni uğurlara və həfəflərə doğru inamla addımlamalı, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik.

Oxunub: 100201
Paylaş:
Digər xəbərlər

---

25-03-2024, 00:48

Yeni dövrün mübarək Azərbaycan

Araşdırma
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 8-06-2026, 22:55
    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
  • 15-05-2026, 12:56
    Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
  • 15-05-2026, 12:54
    Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 104 il ötür
  • 15-05-2026, 12:52
    BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
  • 15-05-2026, 12:49
    Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
  • 14-05-2026, 10:34
    Dövlət Neft Fondu gələn il IFSWF-ə sədrlik edəcək
  • 14-05-2026, 10:30
    Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
  • 14-05-2026, 10:29
    Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir
  • 12-05-2026, 16:17
    Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı
  • 12-05-2026, 16:15
    Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT
  • 12-05-2026, 16:13
    Akif İslamzadənin vəziyyəti açıqlandı
  • 12-05-2026, 16:12
    Premyer Liqa: "Arsenal"dan vacib qələbə
  • 12-05-2026, 16:10
    Genetik möcüzə reallaşdı - Buzların altında qalan 180 illik dram
  • 12-05-2026, 16:08
    Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
  • 9-05-2026, 19:35
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə