• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Biz özümüz ədaləti bərpa etdik

---

28-03-2024, 11:42

Biz özümüz ədaləti bərpa etdik


Tovuz rayon Bayramlı kənd icra nümayəndəsi Bəxdiyar Abdıyev - “Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.” Artıq dördüncü dəfə Qarabağ torpağında Novruz tonqalını alovlandıran dövlət başçısı İlham Əliyev martın 18-də Xankəndi şəhərindən xalqımızı bayram münasibətilə təbrik edərək bir daha Azərbaycanın tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına gedən yola diqqəti yönəltdi. Bildirdi ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qurur, yaradır və bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır və bu il bu proses davam edir.
Biz özümüz ədaləti bərpa etdik


Ölkəmiz 30 illik işğal dövründə məsələnin daim sülh danışıqları əsasında çözülməsinə çalışdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi Azərbaycan ədalətin zəfər çalacağına inanırdı. Ölkəmizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində qazandığımız diplomatik uğurlar Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. Ermənistanın 30 ilə yaxın dövrdə törətdiyi təxribatlar, son olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək, dünya güclərinin bu illər ərzində edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini nümayiş etdirdi. Ötən ilin 19 sentyabr tarixində başlanan lokal antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması da yenilməz Ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Cənab İlham Əliyev qeyd etdi ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz idi. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu və İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər: “Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini etməklə regionda dayanıqlı sülhün təmin edilməsinə, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərdi. Ermənistan isə havadarlarının dəstəyi ilə sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayındı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmadı, öz qanunsuz silahlı birləşmələrini torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa, ən əsası Azərbaycan xalqının iradəsinə zidd idi. “Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var» söyləyən Prezident İlham Əliyev vurğuladı ki, əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik: «Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”
Biz özümüz ədaləti bərpa etdik


Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda bərpa-quruculuq işləri Xankəndi şəhərində də geniş vüsət alıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Novruz təbrikində qeyd etdiyi kimi, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Oxunub: 100245
Paylaş:
Digər xəbərlər

---

26-03-2024, 10:58

Dünyaya Demokrasiya dərsi

Gündəm / Siyasət

18-03-2024, 14:02

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib

Araşdırma
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə