• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BSU Abşeronda məktəblilər üçün məlumat sessiyası keçirib

Cəmiyyət

31-01-2025, 11:34

BSU Abşeronda məktəblilər üçün məlumat sessiyası keçirib Bakı Slavyan Universiteti (BSU) tərəfindən Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri üçün maarifləndirici məlumat sessiyası təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdləri Bakı Slavyan Universitetinin fəaliyyət istiqamətləri, mövcud fakültələr, ixtisaslar və ali təhsil imkanları barədə məlumatlandırmaq, eləcə də onların suallarına aydınlıq gətirmək olub. Sessiya çərçivəsində iştirakçılara universitetin akademik proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbə həyatı haqqında ətraflı məlumat təqdim edilib.
Tədbirin açılışında çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova Azərbaycan gənclərinin müxtəlif sahələrdə fəallıq göstərdiyini, təşəbbüskar və innovativ ruhları ilə seçildiyini qeyd edib. Deputat çıxışı zamanı 44 günlük Vətən müharibəsində gənclərin nümayiş etdirdiyi vətənpərvərlik və fədakarlığı xüsusilə vurğulayaraq, onların ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm rol oynadıqlarını bildirib.
Sessiyada çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarına səmimi görüş üçün təşəkkür edərək, bütün gəncləri qarşıdan gələn 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib. Rektor Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi olduğunu qeyd edərək, ölkənin gələcəyinin məhz gənclərin bilik və bacarıqları əsasında formalaşacağını vurğulayıb.
A. Nağıyev çıxışında Azərbaycan dövlətinin gənclər siyasətinin uzunmüddətli və strateji baxışa əsaslandığını bildirib. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə toxunan rektor vurğulayıb ki, müasir Azərbaycan gəncləri ölkənin idarəçilik sistemində, dövlət strukturlarında və beynəlxalq arenada mühüm mövqelərə sahibdirlər. O, gənclərin üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edərək, onların yüksək elmi biliklərə, vətənpərvər ruhuna və milli-mənəvi dəyərlərə bağlı mütəxəssislər kimi yetişməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində çıxış edən Bakı Slavyan Universitetinin Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Zümrüd Yolçuyeva BSU-da 2024/2025-ci tədris ilindən etibarən tətbiq ediləcək yeni təqaüd proqramları barədə geniş məlumat verib və bildirib ki, bu təşəbbüsün əsas məqsədi istedadlı gənclərimizi həvəsləndirmək, sosial cəhətdən aztəminatlı ailələrin övladlarını təhsilə cəlb etmək, əmək bazarına insan resurslarını yetişdirməkdir. Bundan əlavə, Z.Yolçuyeva bildirib ki, BSU pedaqoji ixtisaslara qəbul olan oğlan tələbələr üçün də xüsusi təqaüd proqramı təqdim edir və bu proqramın məqsədi müəllimlik peşəsinə marağı artırmaq, təhsil sahəsində gender balansını qorumaq, eləcə də cəmiyyətdə peşəkar pedaqoqların yetişdirilməsinə töhfə verməkdir.
Sonda BSU-nun tələbələri “Tələbəlik həyatının təşkili və onun sosiallaşmaqda əhəmiyyəti”, “Peşə seçiminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və yaradıcılıq peşələrinə münasibət”, “Könüllülük proqramlarının gənc nəslin inkişafına və ‘gələcəkdəki mən’ anlayışının formalaşmasına təsiri”, “Asudə vaxtın səmərəli keçirilməsi: düşərgələrin gənclərin sosiallaşmasındakı rolu” mövzularında çıxış edərək, şagirdlərin ünvanladıqları sualları cavablandırıblar.
BSU Abşeronda məktəblilər üçün məlumat sessiyası keçirib

Oxunub: 100142
Paylaş:
Digər xəbərlər

Siyasət

28-01-2025, 11:47

Mediasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

Cəmiyyət

11-10-2024, 11:35

"Erkən və qohumlar arasında bağlanan nikahların mənfi nəticələri " mövzusunda maarifləndirici görüş

Cəmiyyət

2-11-2024, 00:11

Qarabağ Universitetinin tələbələri regional intellektual yarışda qalib olublar

Cəmiyyət

25-10-2024, 10:14

BDU-nun 105 illik yubileyi çərçivəsində təqdimat: Şərqşünaslıq fakültəsi

Cəmiyyət

7-11-2024, 20:53

Cəbrayıl rayonunda əmək yarmarkası keçirildi

Araşdırma
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə