• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan-Pakistan biznes forumu keçirilib

Siyasət

25-02-2025, 13:23

Azərbaycan-Pakistan biznes forumu keçirilib Dünən Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Xanımlar və cənablar.
Əziz qardaşım, Sizi Azərbaycanda bir daha salamlayıram. Şadam ki, Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes-forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.
Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.
Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, - bu gün bu sahəyə maye qaz daxildir, - əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.
Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.
Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.
Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik.
Bir daha, əziz qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Siz vətəninizə gəlmisiniz. Biz də, eyni zamanda, Sizin gözəl ölkənizdə olarkən özümüzü evimizdəki kimi hiss edirik. Biz əziz qardaşımla verdiyimiz bütün təlimatların tam icra olunacağına əminik. Aprel ayında sənədlərin hazır olmasını gözləyirik.
X X X
Sonra Pakistanın Baş naziri çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin
çıxışı

-Təşəkkür edirəm, əziz qardaşım, Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli nazirlər, Azərbaycanı və Pakistanı təmsil edən dövlət rəsmiləri, əlbəttə ki, olduqca məşhur şirkətləri təmsil edən iş adamları.
Xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun.
Əziz qardaşım İlham Əliyevin çox gözəl ifadə etdiyi kimi, bizim iki qardaş ölkə arasında münasibətlərimiz çox əladır, mən hətta cənab Prezidentin bu barədə dediklərinə nəsə əlavə etməyə söz tapmıram. Ancaq onu deməliyəm ki, bu münasibətlər, səmimiyyət, məqsədyönlü şəkildə irəli aparılan, qarşılıqlı etimada əsaslanan bir münasibətdir. Bunun onilliklərlə tarixi var və əlbəttə ki, iki xalq arasında rəğbət və məhəbbətə əsaslanır. Əziz qardaşım Prezident İlham Əliyevin də Pakistan xalqına və Pakistan dövlətinə böyük rəğbəti var. Mən hər zaman çalışıram ki, onun bu məsələdə əzminə bərabər səylər göstərim. Ancaq cənab Prezident hər zaman məndən öndə gedir və onun səyləri nəticəsində bu gün bu cür gözəl münasibətlərimiz var.
Bu gün biz mühüm bir nailiyyət əldə etmişik. Çox gözəl və məhsuldar görüşümüz oldu. Nümayəndə heyətləri öz aralarında görüşdülər. Biz bütün məsələləri müzakirə etdik və qərara gəldik ki, çox aydın bir fəaliyyət planımız olsun. Çox şadam ki, avqust ayında həm Pakistandan, həm də Azərbaycandan nümayəndələrin iştirak etdiyi bir tədbir təşkil ediləcək. Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.
Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik.
Daha növbəti bir xəbər ondan ibarətdir ki, əziz qardaşım bunu qeyd etdi. Bu, 2 milyard dollar həcmində sərmayə bəyanatı cənab Prezidentin Pakistana sonuncu səfəri zamanı verilib və bu gün bildirdik ki, müvafiq heyətlər tərəfindən artıq bir çox gözəl işlər görülüb. Mən bu fəaliyyəti təqdir edirəm. Ancaq ortada müəyyən boşluqlar qalmaqdadır, ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq.
Onu da qeyd etməliyəm ki, əziz qardaşım, Sizə minnətdaram, bu, həqiqətən də qarşılıqlı faydalı işlər olacaqdır. Hər iki ölkə bundan fayda görəcəkdir. Ancaq biz bunu tərəfinizdən çox böyük bir jest kimi qəbul edirik və bunu heç vaxt unutmayacağıq. Eyni zamanda, mən Azərbaycan heyətinə təşəkkür etmək istəyirəm. Öz heyətimizə də təşəkkür etmək istəyirəm ki, artıq böyük işlər görülüb. Əminəm ki, Fars körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq.
Daha bir məsələni qeyd etmək istərdim. Zati-aliləri, Siz onu artıq qeyd etdiniz. Bu, məlumatın qıtlığıdır və ya məhdud məlumatın verilməsidir. Çünki burada işgüzar dairələr bildirməlidir ki, Azərbaycan Pakistana və Pakistan Azərbaycana nələri təqdim edə bilər, nə təklif edə bilər? Bir daha qeyd edim ki, burada tariflərlə, kənd təsərrüfatı, informasiya texnologiyaları ilə bağlı məlumat verilməlidir. Ona görə də bu gün bəyan etmək istərdim ki, biz Azərbaycanda daimi İnformasiya Məlumat Bürosu təsis edəcəyik. Bu, hər bir avadanlıqla tam təchiz edilən bir mərkəz olacaq. Burada süni intellekt vasitəsilə də Pakistan haqqında hər bir məlumat təqdim ediləcək. Əminəm ki, çox səmərəli bir layihə olacaq. Mənim həmkarlarım buradadır, məni eşidirlər. Eyni zamanda, cənab Prezident, Siz də məsul şəxslər müəyyən edəcəksiniz və bu, güclü bir mexanizm olacaq. Sadəcə, bu, bir nümunədir və bizim səylərimizə çox böyük töhfə verəcək.
Bundan əlavə, müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə, bizim bu sahəmiz çox inkişaf edib. Biz uzun illərdir əməkdaşlıq edirik, ancaq zamanı yetişib ki, biz birgə istehsal müəssisələri yaradaq - Azərbaycan-Pakistan birgə müəssisələri yaradılsın. Nümayəndə heyəti tezliklə - aprel ayında Pakistana səfər edərkən bu, gündəliyimizdə duran başlıca məsələ olacaq. Əziz qardaşım, Siz Pakistana gələndə artıq biz məhz bu sahədə də müqaviləyə imzalarımızı ata biləcəyik. Şimal-Cənub dəhlizi məsələsinə gəldikdə, bizim burada səmərəli nəqliyyat sistemi olmasa, bu sahədə hədəflərimizə nail ola bilmərik. Bunun üçün isə bu gün səmərəli müzakirələrimiz olub. Bu məsələ geniş tərkibdə müzakirə edildi və biz Sizin baxışınızı tam dəstəkləyirik. Sizi əmin edirəm ki, Pakistanın Qvadar limanı bu işdə həlledici rol oynaya bilər, həm ixrac, həm də idxal baxımından. Ona görə də mən təklif edirəm ki, biz diqqətimizi bu məsələyə də yönəldək. Əziz qardaşım, Sizi əmin etmək istərdim ki, biz bu sahədə də Sizinlə çox sıx əməkdaşlıq edəcəyik.
Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin. Cənab Prezident, bu da Sizin baxışınıza uyğundur və biz də Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər.
Əziz qardaşım, Sizin vaxtınızı çox almaq istəmirəm. Bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu sahədə əzminizə və bu məsələyə sadiqliyinizə görə, Sizi tam səmimiyyətlə əmin etmək istərdim, mən əlimdən gələni edəcəyəm ki, Sizin əzmkarlıq səviyyənizə çatım və bu əlaqələri gücləndirim. Vaxt gələcək ki, Azərbaycan, Türkiyə və Pakistan arasında səylər üçtərəfli şəkildə müzakirə ediləcək və burada çox böyük imkanlar var. Vacib məsələ iradədir, əzmkarlıqdır, o da bizdə var. Yaşasın Azərbaycan-Pakistan dostluğu!
X X X
Prezident İlham Əliyev: Əziz qardaşım, təşəkkür edirəm. Bizim qısa – təqribən 10 dəqiqəlik təqdimatımız var. Mən ötən ilin yayında qardaş ölkəyə səfər edərkən biz cənab Baş nazirlə müzakirə apardıq ki, Azərbaycan Pakistanın müasirləşdirilməsində və müəyyən tarixi abidələrin bərpasında hansı dərəcədə iştirak edə bilər. O vaxtdan bizim heyət orada idi və Pakistan tərəfi ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərirdi. Hesab edirəm ki, bu gün o təqdimatı görmək hər kəs üçün maraqlı ola bilər. Bu, bizim qardaşlıq münasibətlərimizə verə biləcəyimiz qısa, kiçik töhfədir.
Baş nazir Məhəmməd Şahbaz Şərif: Əziz qardaşım tərəfindən İslamabada göndərilmiş ekspertlər heyətini qeyd etməyə bilmərəm. Bildiyiniz kimi, İslamabad çox gözəl şəhərdir və dağ ətəyində yerləşir. Həmin ekspertlər orada gözəl işlər görürlər. Həm bizim şəhərimizi yaşıllaşdırırlar, həm də landşaftla bağlı müəyyən işlər görürlər. Hesab edirəm ki, bu, İslamabadı daha da gözəlləşdirəcək. Əlbəttə, o, gözəllik baxımından Bakının bərabəri ola bilməz, ancaq ən azı onunla rəqabətə girməyə başlayacaq. Bir daha dərindən təşəkkür edirəm.
X X X
Sonra “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov rəhbərlik etdiyi qurumun Pakistanın paytaxtında həyata keçirdiyi təmir-bərpa layihələri barədə məlumat verdi. Qeyd etdi ki, “Bakı Abadlıq Xidməti” tərəfindən İslamabadda icra olunan layihələrdən biri yekunlaşıb, üç layihə üzrə isə işlər davam edir.

Azərbaycan-Pakistan biznes forumu keçirilib

Oxunub: 100115
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

24-02-2025, 20:24

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

İqtisadiyyat

20-02-2025, 11:37

İmişlidə Aqrar Biznes Festivalı keçirilib

İqtisadiyyat

29-11-2024, 12:57

Qars Ticarət və Sənaye Palatası Azərbaycanla biznes və ticarət əlaqələrinin inkişafında maraqlıdır

Siyasət

26-04-2024, 16:15

COP29 Cənubi Qafqazda sülhün əldə edilib sıx əməkdaşlıq formatının yaranmasına öz töhfəsini verəcək

Gündəm / Siyasət

23-03-2024, 12:06

İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib

Araşdırma
Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır
Bərdədə ərzaq bazarında nöqsanlar aşkarlanıb
Əlli minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək
Özbəkistanda Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq
Hadisə
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
25-02-2026, 11:31
Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib
Son xəbərlər
  • Bugün, 18:05
    Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans
  • Dün, 17:52
    Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
  • 25-04-2026, 22:18
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 24-04-2026, 14:00
    İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
  • 23-04-2026, 12:45
    Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir
  • 22-04-2026, 10:56
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 20-04-2026, 15:08
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 17-04-2026, 10:08
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • 15-04-2026, 12:14
    Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub
  • 15-04-2026, 12:10
    Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib
  • 15-04-2026, 12:07
    Seulda Azərbaycana həsr edilən mədəniyyət gecəsi təşkil olunub
  • 15-04-2026, 11:55
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
  • 15-04-2026, 11:03
    Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır
  • 15-04-2026, 10:45
    İranlı nazir: Təhlükəsizlik təmin edilərsə, milli komandanın dünya çempionatında iştirakına icazə veriləcək
  • 15-04-2026, 10:44
    Çin və Rusiya XİN rəhbərləri arasında görüş olub
  • 14-04-2026, 19:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 14-04-2026, 19:26
    Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 14:12
    XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
  • 10-04-2026, 15:24
    Türkiyə və Şimali Kipr parlament nümayəndə heyətləri Fəxri xiyabanı, Zəfər parkını və Türk şəhidliyini ziyarət ediblər
  • 10-04-2026, 15:19
    Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı
  • 10-04-2026, 15:16
    Nazir müavini: Qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini inkişaf etdirmək əsas məqsədimizdir
  • 10-04-2026, 15:14
    Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
  • 10-04-2026, 15:13
    “Barselona” hakimliklə bağlı UEFA-ya şikayət edib
  • 10-04-2026, 15:11
    Birgünlük tətil “Lufthansa”nın fəaliyyətini iflic edib
  • 9-04-2026, 18:52
    Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
  • 7-04-2026, 22:47
    “Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb
  • 7-04-2026, 22:45
    Misli Premyer Liqasında XXVI tura yekun vurulub
  • 7-04-2026, 22:43
    Səudiyyə Ərəbistanında gün ərzində 22 PUA və 11 ballistik raket zərərsizləşdirilib
  • 7-04-2026, 22:41
    “Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
  • 3-04-2026, 11:15
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər
  • 3-04-2026, 11:13
    Bərdədə ərzaq bazarında nöqsanlar aşkarlanıb
  • 1-04-2026, 12:41
    Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
  • 1-04-2026, 12:40
    Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub
  • 1-04-2026, 12:36
    Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb
  • 1-04-2026, 12:34
    Əlli minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə