• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Prezident İlham Əliyev rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaq

---

23-12-2024, 21:46

Azərbaycan Prezident İlham Əliyev rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaq Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair beşillik Dövlət Proqramlarını təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi.
Bir sıra ekspertlərin ortaq fikri belədir ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının bütün istiqamətlərini də müəyyənləşdirmişdi. Xalqın məhəbbətlə “Heydər Əliyev dövlətçilik kursu” adlandırdığı bu istiqamətlərin əzm və şərəflə davamı missiyası isə cənab İlham Əliyevin üzərinə düşürdü. O, bu çətin və mürəkkəb missiyanı uğurla davam etdirmək və Ulu Öndərimizdən yarımçıq qalmış işləri möhtəşəm sonluğa çatdırmaqdan ötrü gərgin və səmərəli fəaliyyətə başladı.
Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ilk növbədə, onun güclü iqtisadiyyatını formalaşdırmaq zəruri idi. Buna qədər mürəkkəb və çətin şəraitdə aparılan neft danışıqlarında əzmlə iştirak edən cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının təmininə xidmət göstərən müqavilələrin, ilk növbədə, “Əsrin müqaviləsi”nin və digər iyirmiyədək sazişin bağlanmasına öz dəyərli töhfəsini verdi.
Bütün maneə və əngəllərə baxmayaraq, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti də deyilən vaxtda gerçəyə çevrildi. “Neft ölkələrə xoşbəxtlik də gətirə bilir, bədbəxtlik də! Mən çalışacağam ki, Azərbaycan nefti Azərbaycan xalqına yüksək rifah və xoşbəxt həyat gətirsin”, - deyən cənab İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipinə sadiq qaldı.
Beləliklə, neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynadı! Büdcəyə daxilolmalar artdıqca xalqın sosial rifahı yüksəldi, müstəqil dövlətimizin iqtisadi gücü və imkanları da artdı. Bir milyon nəfərdən artıq qaçqın və məcburi köçkünün sosial müdafiəsi gücləndirildi.
Prezident İlham Əliyev bir an da olsun belə işğaldakı torpaqların geri qaytarılması əzmindən geri durmurdu! Çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərir, inamla, addım-addım məqsədinə doğru yaxınlaşırdı: Ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi. Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edildi, onlar əlavələrlə birlikdə, uğurla həyata keçirildi.
Sahibkarlığın inkişafına əlverişli şərait yaradıldı, onlara sistemli şəkildə güzəştli kreditlər verildi, digər yardımlar göstərildi. Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirildi, dövlət tərəfindən mütəmadi subsidiyalar ayrıldı. Ölkənin neftdən asılılığının azaldılması üçün sistemli tədbirlər görüldü. Vətəndaş məmnunluğu yaradıldı, dövlət büdcəsinin həcmi ilbəil artdı. Hər il ordu quruculuğuna və onun ən müasir silahlarla təminatına kifayət qədər vəsait ayrıldı!
Otuz il Qarabağ torpaqlarını işğalda saxlayan mənfur düşmən 44 gündə yerlə-yeksan edildi! Quduran, Azərbaycan torpaqlarının əbədi olaraq özündə qalacağını düşünən düşməni rəzil günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u saldı! Bu qüdrətli yumruq düşmənin başını ilan başı kimi əzdi, belini çubuq kimi qırdı, düşməni müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu!
Qüdrətli yumruq qüdrətli, əzəmətli şəxsiyyətlərə məxsus olur. Məhz İlham Əliyev kimi siyasət və hərb nəhənglərinə. Şübhəsiz, “dəmir yumruq” öz gücünü ən əvvəl sahibinin zəkasından, Vətənə qədərsiz sevgisindən, uzaqgörənliyindən, yüksək diplomatik bacarığından, misilsiz hərbi məharətindən, möhkəm və dönməz iradəsindən alır! “Dəmir yumruğ”un sahibini - Möhtərəm Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir və inanıram ki, Azərbaycan onun rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaqdır.

Oxunub: 100121
Paylaş:
Digər xəbərlər

Siyasət

26-04-2024, 11:29

Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir

---

25-03-2024, 00:48

Yeni dövrün mübarək Azərbaycan

---

26-03-2024, 11:06

Gələcəyimizə Səs Verdik

Gündəm

22-03-2024, 14:30

İlham Əliyev - xalqın lideri, millətin qüruru, dövlətin dayağı

---

23-12-2024, 11:36

Prezidentimizin uğurlu siyasəti nəticəsində respublikamız lider dövlətlər sırasına çıxşdı

Araşdırma
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə